Bakı. Trend:
Təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə əmlak vergisi güzəştinin həcmi azaldılıb.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərə münasibətdə onların dəyərinin 75 faizi həddində azaldılıb.
Yəni, təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə 100 faiz həddində tətbiq edilən əmlak vergisi güzəşti 75 faiz həddində tətbiq ediləcək.
