...

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılıb

Cəmiyyət Materials 1 Yanvar 2026 11:30 (UTC +04:00)
2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilib.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” Qanunda öz əksini tapıb.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib.

Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddi 15 manat, yəni təxminən 5,26 % artırılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti