Bakı. Trend:
Yanvarın 8-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq.
“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, Kənd Narlıq ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
