...

Bu rayonlarda işıq kəsiləcək

Cəmiyyət Materials 13 Yanvar 2026 12:01 (UTC +04:00)
Bu rayonlarda işıq kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 13-də 110 kV-luq “Zaqatala-1” hava xəttinin Balakən rayonu ərazisindən keçən hissəsində təmir-bərpa işləri həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Balakən, Qax, Şəki və Zaqatala rayonlarının bəzi ərazilərində saat 12:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti