...

Qanunsuz tikililərin sənədləşdirilməsi üzrə göstəricilər açıqlandı

Cəmiyyət Materials 29 Yanvar 2026 11:23 (UTC +04:00)
Qanunsuz tikililərin sənədləşdirilməsi üzrə göstəricilər açıqlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanının icrası çərçivəsində ölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib.

Trend xəbər verir ki, bunu “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat” zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Həyətinin sədri Nigar Alimova deyib.

Onun sözlərinə görə, 413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib:

"Prezidentin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yer quruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib”.

Nigar Alimova bildirib ki, 4 602 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib.

O əlavə edib ki, bu vaxta qədər həmin obyektlər özbaşına tikililər hesab olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti