...

Naxçıvanın Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq

Cəmiyyət Materials 2 Fevral 2026 11:50 (UTC +04:00)
Naxçıvanın Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

Qanun layihəsinə əsasən, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə özünün fəaliyyəti barədə hesabat verəcək. Naxçıvan MR-in Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci səsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci il iyulun 8-də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti