...

Ölkəyə qanunsuz yolla qızıl-zinət əşyaları gətirmək istəyənlər saxlanıldı

Cəmiyyət Materials 5 Fevral 2026 11:01 (UTC +04:00)
Ölkəyə qanunsuz yolla qızıl-zinət əşyaları gətirmək istəyənlər saxlanıldı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların və qızıl-zinət əşyalarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində gizlədilən və gömrük orqanına bəyan edilməyən 12,745 karat brilyant qaşlar və ümumi çəkisi 13 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti