...

Bu ərazilərində işıq olmayacaq

Cəmiyyət Materials 13 Fevral 2026 17:03 (UTC +04:00)
Bu ərazilərində işıq olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilir ki, fevralın 14-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.

Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ yaranacaq müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti