Bakı.Trend:
Ötən həftə 385 hektar ərazi minalardan təmizlənib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən icra olunan əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.
Bildirilir ki, azad olunan ərazilərdə fevralın 9-dən 15-dək 7 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 130 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
