...

AZƏRBAYCANDA SƏHİYYƏ SİSTEMİNİN İNKİŞAFINA YÖNƏLMİŞ DÜNYA BANKININ LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ BAŞA ÇATIB

Cəmiyyət Materials 29 İyul 2005 14:54 (UTC +04:00)

Azərbaycanda Dünya Bankının (DB) krediti hesabına həyata keçirilən səhiyyə sisteminin inkişafına dair layihənin reallaşdırılması başa çatıb. Bu barədə Trend ə Azərbaycanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Dünya Bankı laiyhənin reallaşdırılması üçün 5 milyon dollar ayırıb. 2001-2005-ci illərdə həyata keçirilən layihənin gedişində beş pilot rayonda - Salyan, Şəmkir, Xaçmaz, Şərur və Göyçayda səhiyyədə islahatlar üzrə, eləcə də treninqlər, konfranslar, müəssisələrdə təmir işləri, regionlarda səhiyyənin problemləri ilə bağlı tədqiqatlar, 40 təcili yardım və sanitar maşınının alınması kimi tədbirlər keçirilib.

Xatırladaq ki, DB Azərbaycanda səhiyyə sistemində islahatlar aparmaq üçün 50 milyon dollarlıq kredit ayırmaq niyyətindədir. Kredit çərçivəsində beş rayonda stasionar və ambulatoriyaların və təcili yardım xidmətlərinin göstərəcəyi sağlamlıq mərkəzləri tikiləcək. Layihənin gələn ildən həyata keçirilməsi nəzərdə tutulub. Dünya Bankının faizsiz və 50 il üçün nəzərddə tutduğu kreditin ödənilməsinə 10 ildən sonra başlanacaq.

Xəbər lenti

Xəbər lenti