AFFA ilin sonunadək Azərbaycan yığmasının iştirakı ilə yoldaşlıq oyunlarının keçirilməsi üzrə danışıqlar aparmayacaq.
Assosiasiyanın Baş katibi Fuad Əsədov Trend ə bəyan edib ki, AFFA dekabradək, Avropa çempionatının seçmə turnirinin püşkatması keçirilənədək gözləmək niyyətindədir.
"İndi yoxlama görüşlərinin təşkili məsələsini müzakirə etməyin mənası yoxdur.Çünki yaxın gələcəkdə kvalifikasiya qrupunda Azərbaycanın rəqibləri ola bilər.Buna görə də vaxtı gözləmək və yalnız onda danışıqlara başlamaq lazımdır" -deyə F.Əsədov bildirib.
Beləliklə, bu il kollektiv yalnız bir rəsmi oyun - oktyabrda Kardiffdə Uelsə qarşı seçmə oyununu keçirə biləcək.