...

VOLEYBOLÇULARIMIZ YARIMFİNALDADIRLAR

Cəmiyyət Materials 23 Sentyabr 2005 10:45 (UTC +04:00)

Dünən voleybolçularımız komandanın tarixində daha bir şərəfli səhifə açıblar. Trend in xəbər verdiyi kimi, qadınlar arasında voleybol üzrə Avropa Çempionatı qrup turnirinin sonuncu matçında yığmamız yarış sahibi Xorvatiyanı 3:0 (25:23, 25:16, 25:22) hesabla məğlub edərək 9 xal toplayıb və yarımqrupda ikinci yeri tutub.

Bu, F.Qarayevin Avropa Çempionatının finalında ilk dəfə iştirak edən yetirmələrinin böyük qələbəsidir.

Sentyabrın 24-də yerli vaxtla saat 22:00-da komandamız Rusiya yığmasını 3:2 hesabı ilə məğlub etmiş dünya çempionatının qalibi İtaliya ilə qarşılaşacaq.

Öz növbəsində, Rusiya komandası digər yarımfinalda Polşa ilə oynayacaq.

Xəbər lenti

Xəbər lenti