2006-cı ilin ilk ongünlüyündə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (VK) üzv olmaq ilə bağlı 47 hüquqşünas müraciət edib. Bu barədə Trend ə VK-nın sədr müavini Fərhad Nəcəfov məlumat verib.
F.Nəcəfovun sözlərinə görə, həmin müraciətlər araşırılıb və qərara alınıb ki, VK Rəyasət heyətinin növbəti həftəyə planlaşdırılan iclasda müraciətlərdən 13-nə baxılsın.
F.Nəcəfov: "Müraciətlərin 2-dən imtina edilib. Gələn həftə keçiriləcək iclasda isə 13-nə baxılması nəzərdə tutulub. Digər 32 müraciətə də mərhələ-mərhələ baxılacaq".
F.Nəcəfovun sözlərinə görə, hüquqşünasların sənədlərinin qəbul edilməsi müddətsizdir.