...

Milli Teleradio Şurasının illik hesabat konfransı təxirə salınıb

Cəmiyyət Materials 8 Fevral 2006 12:54 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasının illik hesabat konfransı təxirə salınıb. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib. Bildirilib ki, konfransın təxirə salınması təşkilati və texniki problemlərlə əlaqədardır.

Qeyd edək ki, yanvar ayının sonunda Milli Teleradio Şurasının 2005-ci ildəki fəalliyyətinə dair hesabat konfransı keçirilməli idi. Tədbir nəzərdə tutulan vaxtda baş tutmadığından fevral ayında keçirilməsi gözlənilirdi. Lakin Teleradio Şurasından bildirilib ki, konfransın vaxtı hələ təyin olunmayıb. Hesbatla bərabər, konfransda bir sıra teleradio şirkətlərinin lisenziya müddətlərinin uzadılması və yeni şirkətlərə lisenziyalar verilməsi barədə açıqlamalar verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti