...

"Quş qripi"ində şübhəli bilinən xəstələrdən götürülən analizlər Londonda martın 15-də olacaq

Cəmiyyət Materials 14 Mart 2006 20:07 (UTC +04:00)

"Quş qripi"ndə şübhəli bilinən xəstələrdən götürülən analizlərin nümunələri artıq martın 15-də Londonda olacaq. Trend in məlumatına görə, bu barədə martın 14-də Azərbaycanın Səhiyyə Nazirliyinin yaydığı press-relizdə məlumat verilir.

"Hazırda bütün nümunələr artıq konteynerlərdə qablaşdırılıb", - deyə idarədən bildirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda 3 nəfərin "quş qripi" virusundan vəfat etməsi barədə ilkin diaqnozu təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti