Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin ekoloji terroruna qarşı birgə mübarizə aparmaq lazımdır. Bu barədə Trend agentliyinə əsasən, Azərbaycanın Ekologiya Nazirliyinin yaydığı məlumatda deyilir.
Zəngilan rayonu işğaldan sonra ekoloji terror nəticəsində "ölü zona"ya çevrilib.
Azərbaycanın cənub-qərbində yerləşən Zəngilanın özünəməxsus landşaftı var. Lakin bu landşaftı başlanğıcını Ermənistandan götürən və rayonun ərazisindən keçərək Araz çayına tökülən Oxurçay pozur.
Ermənistanın mis-molibden və mis-filiz kombinatlarının çirkab suları, bu ərazidə yaranmış kommunal və kənd təsərrüfatı tullantıları Oxurçaya axıdılır.
Bu sudan istifadə edən əhali arasında müxtəlif xəstəliklər aşkarlanıb, uşaq ölümünun sayı və kənd təsərrüfatı məhsullarının tərkibindəki metalların miqdarı artıb.
"Bütün bu faktları nəzərə alaraq, Zəngilan təbiətinə qarşı erməni terroru ilə birgə mübarizə aparmaq lazımdır" - deyə qurumdan bildirilib.