...

Ekologiya Nazirliyi: Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində ekologiyanı məhv etməklə bütün planetin təbiətinə zərbə vurur

Cəmiyyət Materials 10 May 2006 20:15 (UTC +04:00)

Ermənilərin işğal etdiyi Ağdam rayonunda qiymətli ağac növləri məhv edilir. Trend agentliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata əsasən, hazırda Gərvənd, Göytəpə və Əhmədağalı kəndlərində yaşıllıqlar tam məhv edilib və faktlar müvafiq şəkildə aktlaşdırılıb.

Bundan əlavə, Nazirlikdə yaşı 400-ə çatan çinar ağacını partlayıcı ilə partladaraq, doğranmış halda Ermənistan istiqamətinə apardığına dair şahid ifadələri var.

Son məlumatlara əsasən, rayonun mərkəzindəyerləşən məsid yaxınlığında bütün yaşıllıqlar və həmişəyaşıl ağaclar məhv edilərək kəsilib.

"Bu faktlar ermənilənin işğalçı siyasətinin əyani sübutudur. Onlar ümumilikdə bütün planetin təbiətinə zərər vurur" - deyə Nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti