...

Yeni yaradılmış Turizm İnstitutunda tədrisin və biliyin qiymətləndirilməsinin kredit sistemi üzrə həyata keçirilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 29 İyun 2006 13:43 (UTC +04:00)

Yeni yaradılmış Turizm İnstitutunda tədrisin və biliyin qiymətləndirilməsinin kredit sistemi üzrə həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə Trend ə Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyindən məlumat verilib.

Kredit sistemi "Boloniya prinsipi" üzrə tətbiq olunacaq. Məqsəd təhsil prosesini beynəlxalq standartlara çatdırmaqdan ibarətdir. Nazirlikdən hesab edilir ki, kredit sistemi istedadlı və bacarıqlı tələbələr üçün əlverişli şərait yaradacaq və təhsildə korrupsiyanın tam aradan qaldırılmasına imkan verəcək.

Turizm İnstitutunun nəzdində 3 fakultə fəaliyyət göstərəcək: "Turizm və sosial-mədəni servis xidmətləri", "Turizm menecmenti" və "Turizm marketinqi". İnstitut üçün yeni 4 mərtəbəli bina ayrılıb. Müəllimlər üçün treninqlər keçirmək məqsədilə Avstriyadan mütəxəssislər dəvət olunacaq. Bununla yanaşı, xarici mütəxəssislərin institutda müəllim kimi çalışması ilə bağlı məsələ də nəzərdən keçiriləcək. İnstitutun pedaqoji kollektivini müsabiqə yolu ilə işə dəvət olunacaq yüksək səviyyəli müəllimlər təşkil edəcək.

Xatırladaq ki, institut Azərbaycan Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli qərarı ilə yaradılıb. 2006-cı ildə instituta qəbul həddi 200 nəfər (o cümlədən 105 nəfər ödənişli əsaslarla) müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti