...

Emin İmaməliyev Çempionlar Liqasında "Bakı"nı təmsil etməyə bilər

Cəmiyyət Materials 5 İyul 2006 11:57 (UTC +04:00)

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin İmaməliyev Çempionlar Liqasının 1-ci təsnifat raundunda Gürcüstanın "Sioni" klubu ilə görüşdə Bakı"nın tərkibində çıxış etməyə bilər.

Trend in xəbər verdiyi kimi, bu yaxınlarda "İnter" ilə müqavilə bağlamış futbolçu Avropa Kuboku oyunlarında ölkə çempionuna kömək etməli idi. Ancaq oyunçu yeni yığmanın tərkibində Türkiyəyə təlim-məşq toplanışlarına yola düşüb və onun qarşıdakı məsuliyyətli qarşılaşmalarda çıxışı böyük sual altındadır.

"Bakı" artıq yaranmış bu vəziyyətdən narazılıq bildirib. Ancaq bu problemin nə zaman həll olunacağı məlum deyil.

Xəbər lenti

Xəbər lenti