...

Ahıska türklərinin "Vətən" Cəmiyyətinə icarəyə götürdüyü ofisi tərk etmək üçün vaxt verilib

Cəmiyyət Materials 19 İyul 2006 19:05 (UTC +04:00)

Ahıska türklərinin "Vətən" Cəmiyyətinə icarəyə götürdüyü ofisi tərk etmək üçün vaxt verilib. Bu barədə Trend ə Ahıska türklərinin "Vətən" Cəmiyyəti sədrinin müavini Nurəddin Sasiyev bildirib.

N.Sasiyev onu da qeyd edib ki, cəmiyyət Koroğlu Rəhimov küçəsi, 874-cü məhəllədə yerləşən Azərbaycan Müəllimlər İnstitutunun binasında məskunlaşıb: "İnstitutun idman zalının ikinci mərtəbəsində bir neçə otaq götürüb təmir etmişik. Hər il institutla icarə müqaviləsi bağlayırıq. Nədənsə bu il müqavilə bağlanmayıb. İndi də bizə deyirlər ki, buradan çıxmalısınız. Artıq bir neçə dəfə xəbərdarlıq ediblər".

N.Sasiyev onu da bildirib ki, cəmiyyət instituta hər ay 250 dollar icarə haqqı ödəyib: "Problemin icarə haqqı ilə bağlı olduğunu bilsək, bunu həll edərdik". Cəmiyyətin rəsmisi onu da əlavə edib ki, yeni ofislə təmin olunmaq üçün Dövlət Əmlakı Komitəsinə müraciət edilib.

Xəbər lenti

Xəbər lenti