...

Ekologiya Nazirliyi və UNDP Kiot Prtokolu çərçivəsində "Təmiz inkişaf mexanizmi üçün potensialın gücləndirilməsi" layihəsini imzalayıb

Cəmiyyət Materials 20 İyul 2006 18:56 (UTC +04:00)

İyulun 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kiot Protokolu çərçivəsində "Təmiz inkişaf mexanizmi üçün potensialın gücləndirilməsi" layihəsi imzalanıb. Trend agentliyinin məlumatına əsasən, sənədə ekologiya naziri Hüseyn Bağırov və BMT İP-nin (UNDP) Azərbaycandakı rezident-koordinatoru Marko Borsotti imza atıb. Bu barədə Trend xəbər verir.

Layihənin əsas məqsədi istislik effekti yaradan qazların emissiyasını azaltmaq məqsədilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Kiot Protokolunun "Təmin İnkişaf Mexanizmi" layihəsində iştirak etmək üçün potensialın gücləndirilməsi sahəsində Azərbaycana köməklik göstərməkdir.

Azərbaycan 2000-ci ilin sentyabrında Kiot Protokolunu imzalayaraq, "Təmiz inkişaf mexanizmi"ndə iştirak etmək imkanını qazınıb. Protokol 2005-ci ildə qüvvəyə minib. Bu protokol Azərbaycana istilik effekti yaradan qazları azaltmaq, ətraf mühitə ziyanlı olmayan texnologiyaların resurslarını səfərbər etmək imkanı verəcək. "Təmiz inkişaf mexanizmi" layihəsini həyata keçirmək üçün Norvec hökuməti Azərbaycana təxminən $300 min ayırıb.

Layihə 2006-cı ilin avqust ayından etibarən iki il ərzində nazirlik və BMT İP tərəfindən birgə icra ediləcək. Layihə çərçivəsində Azərbaycan üçün iqlim dəyişmələri siyasəti üzrə məsləhətləşmələr aparmaq və Azərbaycanda TİM strategiyasını hazırlamaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti