...

Azərbaycan ombudsmanının əməkdaşları 1 saylı istintaq izolyatoruna baxış keçiriblər

Cəmiyyət Materials 21 İyul 2006 17:08 (UTC +04:00)

Azərbaycanın İnsan haqları üzrə müvəkkili (ombudsman) aparatının əməkdaşları Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 1 saylı istintaq izolyatorunda baxış keçiriblər. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından xəbər veriblər.

Ombudsman əməkdaşları izolyatorun bir neçə kameralarında olub, müvəqqəti olaraq orada saxlanan şəxslərin saxlanma şərtləri ilə tanış olub, həmçinin insan ləyaqətini alçaldan hərəkətlərin olma hallarını öyrəniblər. Saxlanılan şəxslərlə söhbət zamanı belə halların olmadığı aşkar edilib.

Xəbər lenti

Xəbər lenti