...

Birinci yarımildə Azərbaycana təxminən 700 min turist gəlib

Cəmiyyət Materials 1 Avqust 2006 16:11 (UTC +04:00)

2006-cı ilin birinci yarımilində Azərbaycana 700 mindən çox xarici turist gəlib. Bu barədə Trend ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən xəbər veriblər.

Son 6 ay ərzində nazirlik 7 mehmanxana və mehmanxana tipli obyekti təsnif edib. Bü gün təsnifatdan keçmiş mehmanxana və otellərin sayı 40-a çatıb. Hazırda Azərbaycanda 205 hüquqi və fiziki şəxsə turizm sahəsində fəaliyyətə dair lisenziya verilib. Birinci yarımildə ölkədə 8 mehmanxana tikilərək istismara verilib. Bundan əlavə, daha 20 mehmanxana və otelin inşası gedir.

Turizm üzrə Azərbaycan dövlət büdcəsinə daxilolmalar xeyli artıb. Belə ki, əgər 2002-ci ildə dövlət büdcəsinə $51 mln daxil olubsa, 2005-ci ildə bu rəqəm $77 mln. təşkil edib.

Xəbər lenti

Xəbər lenti