...

"Təhsil Testi Xidməti"nin nümayəndəsi Albert Braun Bakıya gəlib

Cəmiyyət Materials 8 Avqust 2006 12:08 (UTC +04:00)

"Təhsil Testi Xidməti"nin (Educational Testing Service) (ETS) nümayəndəsi Albert Braun USAID (Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyi) əməkdaşlıq layihəsi çərçivəsində ölkəmizə gəlib. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər.

Qeyd olunub ki, bu, ETS təmsilçilərinin iyun ayında Azərbaycana etdikləri səfərin davamıdır. İyunda həyata keçirilən səfərin məqsədi əsasən ölkəmizdə təhsilin qiymətləndirilməsi sahəsində aparılan işlərlə tanış olmaq idisə, ETS nümayəndəsinin avqustun 10-a qədər davam edəcək səfərinin məqsədi imtahanların təşkili ilə tanış olmaqdır.

Səfər zamanı Albert Braun TQDK-nın imtahana hazırlıq, imtahanın keçirilməsi sahəsində görülən işlərlə tanış olacaq, TQDK-nqın işini qiymətləndirəcək, eyni zamanda tövsiyələrini bildrəcəkdir.

Xəbər lenti

Xəbər lenti