...

İsveç, Rusiya, Ukrayna, Belorusiya, Moldova və Gürcüstanın gənclər təşkilatlarının nümayəndə heyətləri Azərbaycandadır

Cəmiyyət Materials 15 Avqust 2006 11:55 (UTC +04:00)

İsveç, Rusiya, Ukrayna, Belorusiya, Moldova və Gürcüstanın gənclər təşkilatlarının Milli şuralarının nümayəndə heyətləri Azərbaycanda işgüzar səfərdədir. Xarici qonaqlar Azərbaycanda gənclərin vəziyyəti, gənclər təşkilatlarının və ölkəmizin digər qeyri-hökümət təşkilatlarının (QHT) fəaliyyəti ilə tanış olmaq və onlarla təcrübə mübadiləsi etmək üçün gəliblər. Trend in xəbər verdiyi kimi, bu barədə xarici qonaqlar avqustun 14-də nümayəndələrin işgüzar səfərinin açılışında qeyd ediblər.

Açılışda nümayəndə heyətlərinin üzvləri öz ölkələrindəki gənclər təşkilatlarının və digər QHT-lərin vəziyyəti, onların qarşısında olan problemlər, həmçinin azərbaycanlı həmkarları ilə əməkdaşlıq haqqında danışıblar.

Səfər Azərbaycan Respublikasının gənclər təşkilatlarının Milli Şurasının təşəbbüsü ilə təşkil olunub və avqustun 17-ə qədər davam edəcək. Səfər zamanı gənclər təşkilatlarının nümayəndələri Milli Məclisin deputatları ilə görüşəcək, Azərbaycanın Gənclər və İdman Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində, Xarici İşlər Nazirliyində görüşlər keçirəcək.

Görüşlər zamanı ölkələrdə mədəni əlaqələrin və turizmin inkişafında gənclərin rolu müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti