...

Məhkəmə iclasında Hacı Məmmədov digər təqsirləndirilən şəxsi ölümlə hədəliyib

Cəmiyyət Materials 24 Avqust 2006 18:19 (UTC +04:00)

Avqustun 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində keçirilən məhkəmə iclasında H. Məmmədov dəstənin digər üzvü Hüseyn Abdulvahabovu ölümlə hədəliyib. Trend in xəbərinə görə, H. Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məhkəmə iclasında zərərçəkənlərin H. Məmmədova sualları bitdikdən sonra növbə sual vermək üçün təqsirləndirilən şəxslərə çatdı. Təqsirləndirilən şəxslərdən 24 nəfəri bildirib ki, H. Məmmədova heç bir sualı yoxdur. Onlardan yalnız H.Abdulvahabov H.Məmmədova bütün epizodlar üzrə suallar verib. H.Məmmədov həmin sualların əksəriyyətini cavablandırmayıb, bəzi sualları isə aqressiv şəkildə cavablandırdığı üçün onların arasında mübahisə yaranıb. H.Məmmədov: "Sən heç vaxt mənim bandamın üzvü olmamısan. Sənin özünün ayrıca bandan olub. Bu müttəhimlər kürsüsündə əyləşənlərdən yeddisi sənin bandanın üzvləridir. Mənim bandamın törətdiyi cinayətlərdən nə sənin, nə də həmin 7 nəfərin xəbəri yoxdur", - deyə H.Məmmədov bildirib.

Təqsirləndirilən şəxslər arasında mübahisə qızışdıqdan sonra onlar bir-birini təhgir etdikdə H. Məmmədov H.Abdullvahabovu ölümlə hədəliyib: "İndinin özündə də əlimə imkan düşsə, səni öldürərəm".

Hakim təqsirləndirilən şəxsləri intizama dəvət etdikdən sonra məhkəmə iclasının avqustun 25-də davam edəcəyini bildirərək iclası bağlayıb.

Xəbər lenti

Xəbər lenti