...

Ermənilər Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinə gedən su kanallarını bağlayıb

Cəmiyyət Materials 1 Sentyabr 2006 19:00 (UTC +04:00)

Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunun cənub hissəsinə gedən su kanalları 3 gündür bağlanıb. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) prezidenti Daşqın Gülməmmədov məlumat verib.

O bildirib ki, Ermənistanla həmsərhəd olan Marneuli rayonun bir neçə kəndi susuz qalıb. Belə ki, bu kəndlərin ərazilərinə Ermənistandan gedən dörd su kanalını ermənilər bağlayıblar. D.Gülməmmədovun sözlərinə görə, əhalinin həyətyanı torpaq sahələrini, bağlarını suvarmaq üçün istifadə etdiyi bu kanallar artıq üç gündür ki, bağlanılıb. Bu da kəndlilələ böyük problemlər yaradıb. Kənd təsərrüfatı məhsullarının, ağacların, əkin sahələrinin 40 dərəcə istidə məhv olmaq təhlükəsi var.

D.Gülməmmədov bildirib ki, su kanallarının bağlanması ilə əlaqədar əhali Kvemo-Kartli bölgəsinin qubernatoruna, yerli icra strukturlarına müraciətlər edib, lakin hələ də problemin aradan qaldırılması üçün heç bir tədbir görülməyib. Onun sözlərinə görə, belə hal ilk dəfə deyil ki, baş verir: "Ermənilər dəfələrlə azərbaycanlılar yaşayan kəndlərə gedən su kanallarını qapadıblar. Lakin həmişə Gürcüstanın müvafiq dövlət orqanlarına müraciətlərdən sonra məsələyə müdaxilə olunub və problem aradan qaldırılıb. Lakin bu dəfə müraciətlərdən üç gün keçib, amma hələ nəticə yoxdur".

Xəbər lenti

Xəbər lenti