Sentyabrın 18-də Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalanacaq.
İdarənin mətbuat katibi Raqif Abbasovun "Trendə" verdiyi məlumata görə, agentliyin rəhbəri Lesla Leçevanın başçılıq etdiyi nümayəndə heyəti artıq bir neçə gündür ki, paytaxtdadır. "Bolqarıstanlı qonaqlar Milli Olimpiya Komitəsində görüşlər keçirib, gənclər və idman naziri Azad Rəhimovla bir sıra məsələləri müzakirə edib və protokolun imzalanması nümayəndə heyətinin səfərinin qanunauyğun yekunu olacaq", - deyə R.Abbasov vurğulayıb.
Qeyd etmək lazımdır ki, bu il A.Rəhimov Bolqarıstana səfər edib. Buna görə də Dövlət Agentliyi nümayəndələrinin gəlişini qarşılıqlı səfər kimi qiymətləndirmək olar.