...

"Avropa Gənclər Proqramları: imkanlar və perspektivlər" mövzusunda seminarlar təşkil ediləcək

Cəmiyyət Materials 2 Oktyabr 2006 12:56 (UTC +04:00)

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının liderləri və fəal gənclər üçün 4-6 oktyabr 2006-cı ildə Quba-Xaçmaz zonası üzrə Quba rayonunda "Avropa Gənclər Proqramları: imkanlar və perspektivlər" mövzusunda seminarlar təşkil edəcək. Bu barədə Trend ə adıçəkilən nazirliyin mətbuat xidmətindən bildiriblər.

Seminarın proqramına uyğun olaraq, dövlət gənclər siyasətinin əsas anlayışları, Avropa Şurasının hökumətlərarası gənclər strukturları, Avropa gənclər proqramlarında iştirak imkanları, Avropa İttifaqının "Youth in Action" proqramı haqqında təqdimat, Avropa gənclər strukturları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və gənclər təşkilatlarının layihələrinin həyata keçirilməsinə kömək göstərmək məqsədilə yerli gənclər şəbəkəsinin yaradılması imkanları, Avropada və dünyada fəaliyyət göstərən gənclər strukturları və Azərbaycan gənclərinin həmin strukturlarda təmsil olunma imkanları barədə iştirakçılara ətraflı məlumat təqdim ediləcək.

Məşğələlər iştirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı informasiya mübadiləsi, təcrübə mübadiləsinin yayılması və təqdimatı formasında aparılacaq.

Xəbər lenti

Xəbər lenti