Azərbaycan futbol yığması ilin sonunadək hər hansı yoldaşlıq oyunu keçirməyi planlaşdırmır.
AFFA-nın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, FİFA üçün yoxlama görüşlərinin təşkili üzrə yaxın pəncərə 15 noyabr tarixidir. Ancaq komanda bundan faydalanmaq niyyətində deyil. "Yığmanın baş məşqçisi Şahin Diniyev hesab edir ki, bu müddətdə görüş keçirmək mənasızdır. Bundan başqa, Avro-2008 çempionatının seçmə oyunları gələn il bərpa olunacaq. Buna görə də komanda ilin sonunadək fasilə götürəcək", - deyə F.Əsədov vurğulayıb.
Xatırladaq ki, yeni ildə kollektivimiz ilk yoxlama görüşünü səfərdə Özbəkistana qarşı keçirəcək. Artıq həmin ölkənin Futbol Federasiyası ilə lazımi razılaşma əldə olunub.