"İndi bizim bütün fikrimiz Yaponiyada keçirilən Dünya çempionatında uğurlu çıxışın üzərində cəmlənib". Bu barədə Trend ə Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının liderlərindən biri Yelena Şabovta bildirib.
İdmançı vurğulayıb ki, komanda Sürixdə məhsuldar məşqlər keçirib, orada yalnız oktyabrın 29-da Yaponiyada başlayacaq mundiala hazırlaşmaq üçün deyil, həm də Varnda keçirilmiş Qran-Pri yarışındakı uğursuzluğu təhlil etmək üçün imkan yaranıb. "Lakin bu yarış artıq arxada qalıb və indi bizi daha da çox məsuliyyət tələb edən yarış gözləyir. Biz bu yarışda özümüzü bacardığımız qədər göstərməli və yarış cədvəlində mümkün qədər çox irəliləməliyik", - deyə Y.Şabovta vurğulayıb.
O həmçinin qeyd edib ki, praktiki olaraq bütün voleybolçular yaxşı formadadır və psixoloji cəhətdən planetin ən güclü yığmaları ilə görüşməyə hazırdırlar.