...

"Azadlıq" qəzeti Dövlət Əmlak Komitəsi qarşısında piketini təxirə salıb

Cəmiyyət Materials 27 Oktyabr 2006 18:46 (UTC +04:00)

"Azadlıq" qəzetinin oktyabrın 30-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında planlaşdırdığı piketi təxirə salınıb. Bu barədə Trend ə adıçəkilən qəzet redaksiyasından bildiriblər.

Qeyd olunub ki, piket noyabrın 2-də keçiriləcək. Piektin təxirə salnımasının səbəbi Bakı meriyasına ünvanlanan müraciətin aksiyaya 5 gün qalması ilə əlaqələndirilməsi ilə bağlanmasıdır. Qeyd edək ki, oktyabrın 30-na planlaşdırılan piketin keçirilməsi ilə bağlı Bakı meriyasına məktub oktyabrın 26-da ünvanlanmışdı. Ramazan bayramı ilə bağlı iş günü olmadığından müraciət qəbul olunmayıb.

Qeyd edək ki, aksiya adıçəkilən qəzetin yerləşdiyi ofisdən çıxarılması ilə bağlı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti