Voleybol üzrə Azərbaycan yığması Yaponiyada keçirilən qrup üzrə dünya çempionatının növbəti mərhələsinə çıxma şansını itirməyib.
Trend -in verdiyi məlumata görə, başlanğıc turlarda Çin və Rusiya liderləri ilə eyni 1:3 hesabı ilə məğlubiyyətə baxmayaraq, Faiq Qarayevin yetirmələrinin hələ də qrupdan çıxma şansı yüksəkdir. Yerdə qalan üç -Dominikan Respublikası, Almaniya və Meksika qarşılaşmalarında onlara iki qələbə əldə etmək kifayətdir ki, qrupda dördüncü yeri tutsunlar, bu da mundialda çıxış etməyə imkan verəcək.
Hazırda kollektiv Azərbaycan voleybolçuları ilə prinsipial görüşləri gözlənilən dominikanlıları və meksikalıları geridə qoyaraq dördüncü mövqedə qərarlaşıb.