Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov noyabrın 8-9-da Kişinyova səfər edəcək. Səfərdə məqsəd Avropa ölkələri idman nazirlərinin beynəlxalq forumunda iştirak etməkdən ibarətdir. Bu barədə Trend ə Azərbaycanın Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Avropa ölkələrinin idman nazirləri növbəti Olimpiya oyunlarına hazırlıq, təhlükəsiz və düzgün idman oyunlarının təşkili məsələlərini müzakirə edəcək.
"Nazir A.Rəhimov sessiya çərçivəsində həmkarları ilə bir sıra görüşlər keçirməyi, əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır", - deyə nazirlikdən bildirilib.