Azərbaycanın bir sıra KİV nümayəndələri ölkə prezidentinə müraciət ediblər
Azərbaycanın bir sıra KİV nümayəndələri ANS teleradioşirkətinin bağlanması ilə əlaqədar ölkə prezidenti İlham Əliyevə müraciət ediblər. Trend in verdiyi xəbərə görə, müraciətdə qeyd olunub ki, onlar ANS-in yayımının bağlanması barədə qərarı böyük təəssüf və dərin narahatlıq hissi ilə qarşılayıblar.
Məktubda ümidlə bildirilib ki, dövlət başçısının bu məsələyə şəxsi müdaxiləsi mürəkkəb vəziyyətdən çıxış yolu tapmağa səbəb olacaq.