...

Sidneydə Güney Azərbaycan Milli Hökumətinin 61-ci ildönümü qeyd olunub

Cəmiyyət Materials 19 Dekabr 2006 17:41 (UTC +04:00)

Avstraliya Azərbaycan Asossiasiyasının təşkilatçılığı ilə Sidney şəhərində Güney Azərbaycan Milli Hökumətinin qurulmasının 61-ci ildönümü münasibətilə mərasim keçirilib. Bu barədə Trend ə Avstraliya Azərbaycan Asossiasiyasından məlumat verilib.

Tədbirdə "21 Azər Hərəkatı" adı ilə tarixə düşmüş Güney Azərbaycan Milli Hökumətinin yaradılması barədə danışılıb. Çıxış edənlər 1945-ci ildə qurulan milli hökumətin tarixi əhəmiyyətini qeyd ediblər. Tədbirdə Azərbaycan musiqiləri səsləndirilib, milli rəqslərimiz ifa olunub.

Xəbər lenti

Xəbər lenti