...

Futzal üzrə Azərbaycan yığması əvvəlki kimi baş məşqçisiz qalıb

Cəmiyyət Materials 12 Yanvar 2007 15:57 (UTC +04:00)

Futzal üzrə Azərbaycan yığması yeni ildə Avropa çempionatının seçmə turnirinin startı ərəfəsində yoxlama görüşü keçirməyi planlaşdırmır.

Trend xəbər verir ki, İdman Sarayında keçirilən, Türkiyə ilə bir neçə yoldaşlıq qarşılaşmasından sonra yığma yenə də yalnız fevralın ortalarında ixsaslaşdırma kampaniyasının keçirildiyi Eyndxovendə rəsmi oyunlarda meydana çıxacaq. Əsasını "Araz"ın oyunçuları təşkil edən kollektivin bir ay ərzində heç bir oyun keçirməməsinin səbəblərindən biri milli çempionatın bərpa olunması ilə də bağlıdır. Çempionatın ən yaxın turu yanvarın 12-ə təyin olunub.

Eyni zamanda ötən ilin payızında Elman Ələkbərov öz vəzifəsindən getdikdən sonra ölkənin Futzal federasiyası yeni baş məşqçinin namizədliyini hələ də müəyyən etməyib.

Xəbər lenti

Xəbər lenti