...

Türkiyədə yaşayan və təhsil alan azərbaycanlılar arasında şahmat turniri keçirilir

Cəmiyyət Materials 5 Fevral 2007 19:13 (UTC +04:00)

İstanbulun Azərbaycan Kültür və Dayanışma dərnəyi Türkiyədə yaşayan və təhsil alan azərbaycanlılar arasında şahmat turniri elan edib. Bu barədə Trend ə istambulda fəaliyyət göstərən Azərbaycan Kültür və Dayanışma Dərnəyinin baş katibi Fidan Quliyeva məlumat verib.

Onun sözlərinə görə, İstanbulda təhsil alan bütün tələbələr bu turnirə dəvət edilib və artıq yarışın seçmə mərhələsinə start verilib. Müraciət etmək istəyənlər birbaşa Azərbaycan Kültür və Dayanışma dərnəyinə gələ bilər, həmçinin [email protected] ünvanına özü haqqında məlumat yerləşdirə bilərlər.

Təşkilatçının sözlərinə görə, yarışmanın qalibləri mükafatlandırılacaq. Bu turniri keçirməkdə məqsəd İstanbulda yaşayan və təhsil alan həmvətənlərimizin bir araya gəlməsini, eləcə də onların nəyə qadir olduqlarını göstərməkdir. Qaliblərin digər şahmat turnirlərində Azərbaycanı təmsil edəcəkləri istisna olunmur.

Xəbər lenti

Xəbər lenti