...

Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq xidməti keçən il Azərbaycana qayıtmaq üçün 21620 şəhadətnamə verib

Cəmiyyət Materials 7 Fevral 2007 20:14 (UTC +04:00)

Təkcə bu il başlayandan Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsi həmin ölkə ərazisində yaşayan və olan həmvətənlərimizə təxminən 3000 sənəd verib. 2006-cı ildə Azərbaycana qayıtmaq üçün 21 min 620 şəhadətnamə verilib. Ölkəmizə səfər etmək üçün əcnəbi vətəndaşlara 368 viza verilib. Respublika XİN-ə 2500 sorğu göndərilib, RF müxtəlif orqanlarına isə 1500 məktub göndərilib. Bu barədə Trend in Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin müdiri Etibar Xəlilov bildirib.

Diplomatın sözlərinə görə, gün ərzində konsulluq orta hesabla 100-120 həmvətənlimizi qəbul edir, elə həmin gün də lazımi sənədlər onlara təqdim edilir. Müraciət edənlər əsasən geri qayıtmaq üçün şəhadətnamə, məhkumluq barədə arayış, vətəndaşlıq barədə sənəd və s. istəyirlər. E.Xəlilov bildirib ki, bəzən ləngimələr də olur, belə ki, Bakıdan tələb edilən bəzi sənədlər, həmin sənədi tələb edən şəxs barədə məlumatların dəqiqləşdirilməsi üçün vaxt tələb olunur. O bildirib: "Hazırda bu prosedurun sadələşdirilməsi üçün Bakıda müvafiq instansiyalarla danışıqlar aparılır".

Yeni miqrasiya qaydalarının tətbiq edilməsi ilə bağlı konsulluğa müraciət edənlərin sayının azalıb-azalmaması ilə bağlı suala cvab verərkən diplomat bildirib ki, müraciət edənlərin sayı azalmayıb, belə ki, vətəndaşlırımızın RF-də leqallaşması və iş məsələsi ilə bağlı müxtəlif arayışlara ehtiyacı yaranıb. E.Xəlilov bildirib: "Hamı gözləyirdi ki, qayıtmaq istəyən həvtənlərmizin sayı çox olacaq, lakin məlum oldu ki, əksəriyyət Rusiyada leqallaşmaq istəyir. Məsələ ondadır ki, uzun müddət bir çox vətəndaşlar müvafiq sənədlər olmadan yaşayıblar və bu, mümkün olub. Bu gün bununla bağlı qaydaların pozulması halında məsuliyyəti sərtləşdirən yeni miqrasiya qanunvericiliyi qəbul edilib. Ona görə məhkumluq, vətəndaşlıq və s. arayış və sənədlər tələb edən vətəndaşlırımızn sayı azalmayıb".

Qeyd edək ki, hazırda klonsulluğün qəbul şöbəsi təmir edilib, 6 qəbul pəncərəsi açılıb, avtomatlaşdırılmış növbə sistemi qoyulub, yolarda isə növbələrin gözlənilməsi üçün turniketlər qoyulub. Həmçinin doldurulması vacib olan bütün sənədlərin nümunəsi və bu sənədlər üçün dövlət rüsumları qeyd olunmuş lövhə təşkil edilib.

Xəbər lenti

Xəbər lenti