...

Xocalı soyqırmının 15-ci ildönümü ilə əlaqədar Sankt-Peterburqda geniş tədbir keçiriləcək

Cəmiyyət Materials 16 Fevral 2007 16:37 (UTC +04:00)

Xocalı soyqırmının 15-ci ildönümü ilə əlaqədar Rusiyanın Sankt-Peterburq şəhərinin Beloselskix-Belozerskix sarayında 200 nəfərlik geniş tədbir keçirləcək. Bu barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Fevralın 26-da keçiriləcək tədbirdə Sankt-Peterburq və Leninqrad vilayətinin rəsmiləri, elm, təhsil, incəsənət, mədəniyyət xadimləri, müxtəlif ictimai təşkilatların nümayəndələri, milli-mədəni muxtariyyatın fəalları, iş adamları, yerli əhali və digər tanınmış şəxslərin iştirakı nəzərdə tutulub. Tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı geniş məlumat verilməsi, bukletlərin paylanması, soyqırıma həsr olunmuş sənədli filimlərin numayiş etdirilməsi planlaşdırılır. Xocalı soyqırımının qurbanlarının xatirəsinə Qurandan ayələr oxunulacaq və tədbir iştirakçılarına ehsan veriləcək. Bundan əlavə, Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə əlaqədar tədbir iştirakçılarına muraciət oxunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun təşəbbüsü ilə Baş Konsulluğun dairəsinə daxil olan Rusiya Federasiyasının Şimal-Qərb subyektlərində də Xocalı faciəsinin 15 ildönümü ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti