...

Dövlət Komissiyası Azərbaycanın dövlət strukturlarında boş yerlərə müsabiqə keçirir

Cəmiyyət Materials 17 Fevral 2007 12:01 (UTC +04:00)

Azərbaycan respublikası prezidenti yanında Dövlət Xidməti Məsələləri üzrə Komissiya bir sıra strukturlarda dövlət xidmətinin boş yerləri ilə bağlı müsabiqə elan edib. Bu barədə Trend ə tələbələrin qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər.

Boş yerləri Sənaye və Energetika Nazirliyi, Daşınmaz əmlakın dövlət reyestri xidməti, Qiymətli kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan respublikası prezidenti yanında Dövlət Xidməti Məsələləri üzrə Komissiya təqdim edib.

Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarətdir. İmtahanın nəticələrinə görə 100 mümkün baldan 80 faizini toplayan namizədlər ikinci mərhələyə - müsahibə mərhələsinə keçəcəklər.

Xəbər lenti

Xəbər lenti