...

Azərbaycan ceyranların reintroduksiyasında Gürcüstana yardım edəcək

Cəmiyyət Materials 21 Fevral 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. S.Babayeva / Azərbaycan ceyranların reintroduksiyasında Gürcüstana yardım edəcək. Bu barədə çərşənbə günü Bakıda keçirilən, Gürcüstanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri David Tkeşelaşvilinin səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd olunub.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, danışıqlardan sonra qərara alınıb ki, Azərbaycan ceyranların reintroduksiyasında gürcü tərəfinə təmənnasız yardım göstərəcək.

"Bu gün Gürcüstanda demək olar ki, ceyran qalmayıb, Azərbaycanda isə bu heyvanların populyasiyası Şirvan dövlət qoruğu və Xızı dağlarının payına düşür", - deyə nazir vurğulayıb.

Laqodexi vilayəti ilə həmsərhəd olan Balakən rayonunun yerlərində qoruğun yaradılması haqqında saziş qəbul olunub.

İşlər çərşənbə günü iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində imzalanmış Niyyət protokolu çərçivəsində reallaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti