...

Azərbaycanın taekvando üzrə yığması hələ də planlarını müəyyən edir

Cəmiyyət Materials 3 Mart 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend Z.Səfərov/Azərbaycanın taekvando üzrə yığmasının məşqçi qərargahı hələ də komandanın bu və ya digər beynəlxalq yarışda iştirakıyla bağlı planlarını müəyyən etməyib. Hazırda heyətə daxil olan birincilər və ölkə çempionatı mükafatçıları yığmanın təlim-məşqlərinə əsas yer ayırır. İdmançılar cəmi bir neçə gün əvvəl Qubadan qayıdıb və bu yaxınlarda hazırlıqlarını davam etdirmək üçün Gəncəyə yola düşəcək. Bununla yanaşı, yığmanın baş məşqçisi Ələkbər İmaməliyev artıq gələn həftə komandanın yarışa hazırlıq planını təsdiqləyə bilər. May ayında Pekində keçiriləcək dünya çempionatından əvvəl dəstə yalnız Almaniya və ya Hollandiyada keçiriləcək yarışlardan birində çıxış edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti