...

Azərbaycan Konstitusiya Məhkəməsinə bu il 365 şikayət daxil olub

Cəmiyyət Materials 9 Mart 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu il yanvar-fevral aylarında Azərbaycan Konstiusiya Məhkəməsinə vətəndaşlardan 365 fərdi şikayət daxil olub. Konstitusiya Məhkəməsindən verilən məlumata görə, şikayətlərdən 1-i icraata qəbul edilib, 59 şikayətin icraata qəbul edilməməsi barədə qətatdad çıxarılıb.

57 şikayət hazırda Palataların müzakirəsindədir. Konstitusiya Məhkəməsi bu il bir şikayət üzrə qərar qəbul edib. Ötən il ərzində Konstitusiya Məhkəməsinə vətəndaşlardan 2090 şikayət daxil olub. Məhkəmə ötən il 11 qərar çıxarıb. Onlardan 9-u fərdi şikayətlərlə bağlı olub. 1 qərar Baş Prokurorluğun sorğusu, 1 qərar isə Milli Məclisə seçkilərin nəticələrinin təsdiq olunması ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti