...

Azərbaycan cüdoçuları Varşavada zədədən xilas olublar

Cəmiyyət Materials 10 Mart 2007 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycan cüdoçuları Varşavada Dünya Kuboku üçün təşkil olunan birgə təlim-məşq yığmasında zədədən canlarını qurtara biliblər. Qeyd edilən Kubokda Elxan Rəcəbli ( 81 kq) və Elxan Məmmədov ( 90 kq) bürünc medala yiyələniblər.

Yığmanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, o öz tələbələrinin yarışda çıxışlarından bütünlüklə razı qalıb. Bununla bərabər zədədən demək olar ki, qaydaya düşən gənclər arasında dünya birinciliyinin qalibi Nicad Şıxəlizadə ( 60 kq), Avropa çempionu Elnur Məmmədli ( 73 kq) və Mehman Əzizov ( 81 kq) yarışda iştirak etməsələr də yığmada döyüşüblər. "Hazırda zədəli təkcə 2003-cü il Dünya çempionatının bürünc mükafat çısı Mövlud Mirəliyevdir, o isə aprel ayında keçiriləcək qitə birinciliyinədək bərpa olunmalıdır", - deyə A.Axundzadə bildirib.

Xəbər lenti

Xəbər lenti