...

Belçika Senatında qondarma "erməni soyqırımı" haqqında konfrans keçirilib

Cəmiyyət Materials 14 Mart 2007 17:18 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Belçikanın paytaxtı Brüsseldəki Federal Parlamentin Senat binasında qondarma "erməni soyqırımı" haqqında konfrans keçirilib.MR partiyasından senator Roland du Vivier ilə "Erməniləri Müdafiə Komitəsi" adlı erməni dərnəyinin təşkilatçılığıyla keçirilən konfransda Brüssel Universitetindən professor Joel Kotek, tarixçi Filip Videlier, Brüssel İrqçiliklə Mübarizə Mərkəzinin rəhbəri Raduan Buhlal, Erməni Müdafə Komitəsinin başçısı Hayık Malikiyan və digərləri iştirak edib.

Bir neçə türk dərnəyinin də iştirak etdiyi konfransda çıxış edənlər "erməni soyqırımı"nın olduğunu bildirərək başda Türkiyə olmaqla bütün dünya ölkələrinin bu soyqırımı tanımaları istənilib.

Senator Roland du Vivier də öz çıxışı zamanı qondarma soyqırımın olduğunu ifadə edərək Türkiyənin bu soyqırımı tanıdıqdan sonra Avropa Birliyinə üzv ola biləcəyini söyləyib.

Konfransda iştirak edən türk tələbəsi Sultan Kara da çıxış edərək Türkiyədə irqçilik olmadığını, keçən əsrin başlarında olan hadisələrə erməni soyqırımı adı vermənin səhv olduğunu bildirib. Öz çıxışında konfransda söylənilənlərin gerçəyi əks etdirmədiyini deyən türk tələbə Türkiyəni irqçilikə ittiham etmənin bütün türklərə qarşi təhqir hesab etdiyini ifadə edib.

Konfransda bu cür tədbirlərin sayının artırılması vurğlanıb.Konfransda bu cür tədbirlərin sayının artırılması vurğlanıb.Konfransda bu cür tədbirlərin sayının artırılması vurğlanıb.

Xəbər lenti

Xəbər lenti