...

Sankt-Peterburqda "Qərbi Azərbaycan tarixi" kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 2 Aprel 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşəbbüsü ilə rus dilində nəşr olunmuş, tarix elmləri doktoru, professor S.Əsədovun müəllifi olduğu "Qərbi Azərbaycan tarixi" adlı kitabın martın 31-də təqdimat mərasimi keçirilib. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

31 mart azərbaycanların soyqırmı günü ilə əlaqədar təşkil olunan mərasimdə Sankt-Peterburq şəhərinin tanınmış tarixşünas, şərqşünas, qafqazşünas alimləri, təhsil və mədəniyyət ocaqlarının, ictimai qurumların, Rusiya Milli Kitabxanasının rəhbərliyi və nümayəndələri, hüquq müdafiəçiləri iştirak ediblər.

Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyatının rəhbərliyi, diaspora nümayəndələri qonaqlara azərbaycanlıların soyqırımı, Qərbi Azərbaycandan soydaşlarımızın ermənilər tərəfindən deportasiya edilməsi barədə məlumat veriblər.

Tədbirin sonunda 500 tirajla çap olunmuş "Qərbi Azərbaycan tarixi" kitabı mərasim iştirakçılarına, yerli və Rusiya Federasiyasının Şimal-Şərq regionunun milli kitabxanalarına, ictimai təşkilatlara paylanılıb.

Xəbər lenti

Xəbər lenti