...

Naxçıvanın orta məktəblərində vərəmin erkən aşkarlanması üçün tuberkulin sınaqları keçirilir

Cəmiyyət Materials 11 Aprel 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir F.Zeynalov/ Naxçıvan Muxtar Respublikasının (MR) orta məktəblərində vərəmin erkən aşkarlanması məqsədilə tuberkulin sınaqları aparılır. Bu barədə çərşənbə günü Naxçıvan MR Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, bu məqsədlə Əziz Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasında 9 briqada təşkil olunub. Hər birinin tərkibində iki tibb bacısı və bir həkim olan briqadalar V-XI siniflərdə sınaqlar aparır. Nəticələr müayinədən 72 saatdan sonra məlum olur.

Xəstəxananın poliklinika şöbəsinin müdiri Şəmsi Əsgərov son iki gün ərzində dörd minə yaxın şagirdin müayinədən keçirildiyini, əks göstəricinin qeydə alınmadığını bildirib.

Növbəti günlərdə tuberkulin sınaqlarının Naxçıvanın rayonlarında V-XI siniflərdə təhsil alan 8010 şagird arasında aparılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti