...

Siyasi məhbuslarla bağlı İşçi Qrupun iclası keçirilib

Cəmiyyət Materials 11 Aprel 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Siyasi məhbus probleminin həlli ilə bağlı parlament nümayəndələrindən və qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət İşçi Qrupun bu gün növbəti iclası keçirilib. İşçi Qrupun üzvü Çingiz Qənizadənin çərşənbə günü Trend ə açıqlamasına görə, iclasda siyasi məhbus siyahıları üzrə dəqiqləşdirmələr aparılıb. Bildirilib ki, sonuncu əfv fərmanı ilə ayrı-ayrı siyahılar üzrə 14 nəfər əfv olunub.

Xəstə məhkumlarla bağlı məlumat verildiyini deyən hüquq müdafiəçisinin sözlərinə görə, həmin məhkumların cəzalarının böyük hissəsini çəkdikləri hakimiyyət nümayəndələrinin diqqətinə çatdırılıb, onların vəziyyətlərinin ağır olduqları bildirilib. "Bərə" işi üzrə cəzalandırılanların bir hissəsinin əfv olunduğu, digər hissəsinin isə indiyədək bağışlanmamasından, onlar arasında ayrı-seçkilik qoyulmasından narazılıq bildirilib.

Mehdi Mehdiyev, Pirəli Orucov, Müşfiq Mədətov, Şəmsi Səmədzadə ilə bağlı məsələ qaldıran QHT rəhbərləri onların da əfv olunmasını vacib sayıb.

Həmçinin iclasda Qazaxın sabiq polis rəisi Novruz Həsənova sonuncu "Amnistiya haqqında qanun"un tətbiq olunması, onun barəsində həbsli axtarış qərarının ləğv olunması barədə məsələ müzakirə olunub. Hakimiyyət nümayəndələri bildirib ki, hazırda Türkiyədə mühacirət həyatı yaşayan Həsənov bu barədə müraciət edərsə, onun məsələsi müsbət həll oluna bilər.

Xəbər lenti

Xəbər lenti