...

Moskvada "Narahat adam" filmi nümayiş olunacaq

Cəmiyyət Materials 27 Aprel 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /müx.Trendlife Rəna Şirəliyeva/Moskvada fəaliyyət göstərən Azərbaycan Gəncləri Koordinasiya Şurası şəhərdə mədəniyyət tədbirləri keçirməyə hazırlaşır. Trendlife-ın verdiyi məlumata görə, əvvəlcə Rusiyanın "Narahat adam" adlı ilk sənədli filmi təqdim olunacaq. Filmin ssenari müəllifi Marqarita Maleyeva, rejissoru Əjdər İbrahimov, rejissor-operatoru isə Nizami Abbasdır. Təşkilatı dəstək Rusiyanın Kinomatoqrafiya İttifaqı, kinorejissorlar, "Dünya və mədəniyyət" mərkəzi tərəfindən verilir". Filmə 2005-ci ildə "Yaddaş" studiyasında çəkilmiş və ən yaxşı yazışı-rejissor işinə görə "Humay" mükafatına layiq görülmüş M.Xusiyeva, R.Çxeidze, V.Çebotariyeva, İ.Miroşniçenko, T.Ağamirov və başqaları ilə müsahibə də daxil olub.

RKİ-nın növbəti tədbiri isə Ümumrusiya Azərbaycanlıları Konqresi və "Ekson media qrupu" nun dəstəyi ilə bayram konserti olacaq. Konsert Azərbaycanın Respublika gününə həsr edilicək, mayın 21-də Dövlət Kreml sarayında keçiriləcək. Bayram konsertində Azərbaycanın əməkdar artistləri Ədalət Şükürov, Tünzalə Ağayeva, Aygün Kazımova həmçinin Rəqsanə, Xatirə, Samir, Rişad Şəfi iştirak edəcəklər. Tanınmış müğənnilərin ifasında folklor, muğam, instrumental musiqi və milli rəqslərimiz də təqdim olunacaq.

20 mayda isə Azərbaycanın müstəqillik gününə həsr ediləcək "Meqa Azeri Party" adlı konsert "Cumanci" klubunda olacaq. Bu konsert Rusiyada təhsil alan tələbələrimiz üçün keçiriləcək.

Xəbər lenti

Xəbər lenti